“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti elektrik qatarının qadını vurması məsələsinə rəsmi açıqlama verib.
QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, hadisə 17 sentyabr 2015-ci ildə saat 07.55-də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı Baş Keşlə – Bakı yük mənzilinin 2656-cı kilometrindən keçərkən baş verib.
Belə ki, Bakı şəhəri Keşlə qəsəbə sakini, Aşıq Qərib küçəsi ev 33 ünvanında yaşayan, 1964-cü il təvəllüdlü Qətibə İsmayıl qızı Abdullayeva qatarın çatmasına 15-20 metr qalmış qəfildən dəmir yolu xəttinin üzərinə uzanaraq intihar edib.
İlkin məlumata görə, mərhum Q. Abdullayeva ruhi xəstə olub. Elektrik qatarının müşahidə kamerası ilə hadisə vaxtı qeydə alınan görüntülər hüquq-mühafizə orqanlarına təqdim edilib.
Elektrik qatarı 27 dəqiqə gecikmə ilə Bakı-sərnişin stansiyasına daxil olub(azvision).