Bu gün Azərbaycanın populyar xəbər portallarından biri olan Demokrat.azxəbər portalının 6 yaşı tamam olur.
Azərbaycandilli xəbər saytları içərisində özünün xüsusi dəsti-xətti ilə seçilən Demokrat.az-ın əsası 11 mart 2018-ci ildə qoyulub.
Bu gün Demokrat.az ölkənin tanınan media ailəsinin – “Demokrat Media” şirkətinin tərkibində fəaliyyət göstərir.
Yarandığı ilk gündən müstəqilliyini və obyektivliyini qoruyan sayt toplumun bütün təbəqələrinin tribunası olmağı hədəfləyib. Ötən qısa vaxtda peşə prinsiplərinə sadiq qalmağı bacaran saytın artıq öz auditoriyası formalaşıb.
Azərbaycanın informasiya məkanında mühüm mövqeyə malik olan Demokrat.az yarandığı dövrdə çətinliklərə baxmayaraq, sağlam rəqabətlə bu gün də inkişaf etməkdədir.