!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dəniz: “Hansısa porno ulduzun…”

!Reklam – Yazi

“Hər bir prinsipi olan insanın qadağaları olur. Bu əqidə ilə bağlı anlayışdır. Məsələn, hansısa porno ulduzun həyatını oynamaram”.

Bunu gənc aktrisa Dəniz Tacəddin həyatda və sənətdə özünə qoyduğu qadağalarla bağlı fikirlərini bölüşərkən Yenicag.az-a açıqlamasında deyib:

Aktrisa prinsiplərindən və özünə qoyduğu yasaqlardan danışıb:

“Hər bir prinsipi olan insanın qadağaları olur. Bu əqidə ilə bağlı anlayışdır. Hansısa porno ulduzun həyatını oynamaram. Doğulduğum ölkəni, millətimi alçaldacaq, mənəviyyatımı, Allahı, dinimi əzəcək bir filmdə rol almaram. Qadağalar təkcə işimə aid deyil.

Prinsiplərimdən biri heç yerə gecikməməkdir. Dəqiqlikdir. Söz ağızdan çıxdısa əməl olunmalıdır. Məsələn, mənim görüşümə kimsə gecikəndə bunu hörmətsizlik kimi qəbul edirəm. Dəfələrlə insanlar olub ki, gecikdiklərinə, nəyisə söz verib etmədiklərinə görə tamamilə əlaqəmi kəsmişəm. Mən aktrisa olsam belə, yetərincə qapalı həyatla yaşayan insanam. Əgər kimsə mənə ruhən yaxın deyilsə, insani keyfiyyətlərinə görə mənə xoş olmayan hərəkətlərini görmüşəmsə, o insanın mənim ətrafımda işi ola bilməz.

Hər bir insanın həyatında çətinliklər olur. Heç kimin həyatı asan deyil. Lakin, o insanlar ki, qarşılarına qoyduqları prinsiplərə sadiq yaşayırlar, illər keçdikdən sonra özlərinə hörmət edirlər.

Kimdən istəsən qaça bilərsən, özündən başqa. Vay o adamın halına ki, özü-özüylə tək qalanda güzgüyə baxıb utansın”.

Cəvahir

www.yenicag.az

1485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv