Dəniz Limanında yanğın – FHN məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, Qaradağ rayonunda Puta Dəniz Limanında qoşqu gəmisinin mühərrik zalının yanar hissələri və içərisindəki avadanlıqlar 110 m² sahədə yanıb.

Gəminin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.