!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“Dənizçilərə Sosial Dəstək” İB daha bir kitabı oxucuların ixtiyarına verib

!Reklam – Yazi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “DSD” İB-nin “Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində dərc oluub. Kitab “Sən Vətənə bənzəyirsən” adlanır.

Kitabda Azərbaycanın tanınmış qələm adamlarından xalq şairi Sabir Rüstəmxanlının, Mahirə Nağıqızının, Baba Vəziroğlunun, Musa Ələkbərlinin, Xanım İsmayılqızının, Rəşad Məcidin, Vasif Süleymanın, Qəşəm Nəcəfzadənin, Elçin Mirzəbəylinin, Şahin Musaoğlunun, Ramiz Qusarçaylnın, Kamilə Abıyevanın,  Əbülfət Mədətoğlunun, İradə Aytelin  və digərlərinin  vətənpərvərlik ruhunda yazılan şeirləri toplanıb.

Kitabda yer alan şeirlərin məzmun və ideyası gənc və yeniyetmə nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, bu ruhda yaşamasında, böyüməsində müstəsna rolu oynayır.

Xatırladaq ki, “Maarif” nəşriyyatında dərc olunan kitabın tərtibçiləri Faiq Balabəyli, Vasif Süleyman, Kəmalə Səfərli, redaktoru Hüseyn Sözlü, korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidlidir.

Qeyd edək ,  “Sən Vətənə bənzəyirsən” kitabı bu il  “DSD” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Onlar qəhrəmandır” kitabından sonra  nəşr etdirdiyi ikinci kitabdır.

 Tural Balabəyli

“DSD” İB-nin layihə üzrə Analitik-İnformasiya Bölümünün rəhbəri

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv