Dənizdə batan 3 nəfər axtarılır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 3 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Yenciag.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.