Dənizdə batan iki şəxs xilas edildi

Bu gün Corat ərazisində dənizdə çimərkən 2 nəfər batma təhlükəsilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən həmin şəxslərin həyatı xilas edilib.