Sabunçu rayonunun qeyri-çimərlik (nəzarətsiz) ərazisində batan şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1 nəfərin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən sahildə aşkar olunub və aidiyyəti üzrə təhvil verilib.