Dənizdə batan şəxslər xilas edilib

Bakıda iki nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində baş verib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Yenicag.az