Dənizdə batan şəxslərlə bağlı axtarış-xilasetmə əməliyyatı aparılır

Ötən gün axşam saatlarında Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə batan şəxslərlə bağlı axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Yenicag.az bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 kilometr aralı, nəzarətsiz ərazidə iki nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in dalğıc-xilasediciləri dərhal axtarış-xilasetmə əməliyyatına başlayıblar.

Qeyd edilib ki, küləkli hava şəraiti və dənizin dalğalı olmasına baxmayaraq, FHN-in dalğıc-xilasediciləri axtarış işlərini fasiləsiz olaraq davam etdirirlər.

Hazırda axtarış işləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.