Dənizdə boğulmaqdan xilas edildi, xəstəxanaya aparılarkən yolda öldü

Bu gün “Zuğulba-3” sularda xilasetmə məntəqəsinin qadağan olunmuş ərazisində, “çimmək qadağandır” nişanına və xilasedicilərin təlimatına məhəl qoymadan, 1992-ci il təvəllüdlü İsmayılov Qabil İbrahim oğlu dənizdə çimərkən boğulmaq təhlükəsi ilə üzləşib.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Q. İsmayılov məntəqənin xilasediciləri tərəfindən sudan çıxarılaraq Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

O, xəstəxanaya aparılarkən yolda keçinib.

COP29