Dənizdə faciə: mühacir gəmisi batdı

img190612860 mühaciri daşıyan qayıq batıb.

Bədbəxt hadisə Egey dənizinin Yunanıstan sahilləri yaxınlığında baş verib. Türkiyənin Balıkesir vilayətindən Yunanıstana getmək istəyən 60 “ümid yolçusu”nun rezin qayığı mənzil başına çatmamış suya qərq olub.

Hadisə yerinə yunan sahil təhlükəsizlik işçiləri cəlb olunub. 47 nəfərin həyatını xilas etmək mümkün olub. Sahil təhlükəsizlik işçiləri 2 nəfərin meyitini sudan çıxarıb. 11 nəfərin itkin olduğu bildirilir.

Xilasetmə işləri davam edir.