!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dənizdə itkin düşən azərbaycanlıların axtarışı dayandırıldı

!Reklam – Yazi

Yapon dənizində batan “Vostok” balıqçı gəmisinin axtarışları dayandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.

Axtarış əməliyyatı yanvarın 25-dən 29-dək davam edib. Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmayıb. Bu səbəbdən axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq.

“Vostok” balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı – Mübariz Hüseynov və Ruslan Əlizadə olub.

www.yenicag.az

1285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv