Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Dənizdən qadın meyiti tapıldı - FOTO

Aprelin 17-də Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdən üzərində zorakılıq əlamətləri olmayan 25-35 yaşlarında naməlum qadın meyiti tapılıb.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, meyitin xarakterik əlamətlərinə gəlincə, boyu 159-santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır.

Ağız boşluğunda alt və üst çənəsinin hər birində 4 ədəd sarı metaldan hazırlanan dişləri var. Meyit tapılan zaman əynində idman üslubunda tikilən qara şalvar, qara uzunboğaz yun köynək, ayağında qırmızı rəngli ayaqqabı olub.

Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə (012) 433-38-02, (012) 433-38-12, həmçinin 050-200-58-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

www.yenicag.az

2486
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM