Dənizin ortasında qalan 3 nəfər xilas edildi

ca3584127ee51571afb19478447f7580Bakı şəhərinin Səbail rayonu ərazisindən rezin qayıqla balıq tutmaq məqsədilə dənizə çıxmış 3 nəfər sahildən 200 m aralıda köməksiz vəziyyətdə qalıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, FHN-in hadisə yerinə cəlb edilmiş xilasediciləri vətəndaşları xilas edib, qayığı isə yedəyə alaraq sahilə çıxarıblar.