Dənizkənarı Bulvarda festival keçiriləcək

Bakı Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda “Baku Soul of Art and Dance” festivalı keçiriləcək.

Yenicag.az-ın xəbərinə görə, festival iyunun 8-də, saat 19.00-da keçiriləcək.

Bu festivalda rəqqaslarımız, gənc mügənnilərimiz, artistlərimiz öz çıxışlarını nümayiş etdirəcək və bulvarda açıq dərslər keçiriləcək.

Açıq dərslər müxtəlif növ rəqslərdən ibarət olacaq. Bu dərslərə isə istəyindən asılı olaraq hər kəs qatıla bilər.

ARA-nın prezidenti və AGİ-nin ictimai birliyinin idarə heyətinin üzvü Əziz Əzizov bildirib: “Bu cür festivalların və açıq dərslərin keçirilməsində başlıca məqsədimiz rəqs üzrə istedadlı gənclərimizi daha da inkişaf etdirmək, onların bu sahəyə olan həvəslərini daha da genişləndirmək, bununla yanaşı şəhərimizə gələn qonaqlarımızı milli rəqslərimizlə daha yaxından tanış etməkdi.”

16 iyunda davam edəcək konsert proqramına bir-birindən fərqli rəqslər və musiqili proqramlar daxildir.

Bundan əlavə, keçiriləcək açıq dərslərə istəyindən asılı olaraq hər kəs qatıla bilər. Dərslər Azərbaycan Rəqs Assosiasiyasının peşəkar müəllimləri tərəfindən keçiriləcək.

COP29