Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev sabah Maltanın Valetta şəhərinə səfər edəcək.
Bu barədə Yenicag.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, səfər çərçivəsində deputat ATƏT PA-nın Büro və ATƏT-in Nazirlər Şurasının iclaslarında iştirak edəcək. Tədbirlərdə ATƏT PA-nın fəaliyyəti, prosedur qaydaları və seçkilərin müşahidəsi işi barədə müzakirələr aparılacaq.
Səfər dekabrın 6-da başa çatacaq.