Deputat avtomobilinin partladılması nəticəsində ÖLDÜ

Luqanskda “LXR Xalq Şurası”nın üzvü Oleq Popovun avtomobili partladılıb.

Yenicag.az xəbər verir ki, bu barədə RİA Novosti-yə mənbə bildirib.

Deputat Popov Luqanskda avtomobilin partlaması nəticəsində ölüb.

Popov əvvəllər Luqansk Xalq Respublikasının kəşfiyyat xidmətində çalışıb. Fevral ayında da onun həyatına qəsd olub.

Xuraman Etibarlı