!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat bu verilişləri boykot etməyə çağırdı - "Oradakılar mənimlə eyni səviyyədə deyillər"

!Reklam – Yazi

“Hər hansı bir televerilişə qonaq qismində gələnlərin aparıcı tərəfindən aşağılanması, təhqir edilməsi yolverilməzdir. Amma fikrimcə, şou xarakterli verilişlərdə baş alıb gedən efir biabırçılığına son qoymağın yeganə yolu birdir. Bu fonda aşağılamaya yol verən aparıcıya və onun apardığı verilişə münasibətdə ən təsirli vasitə düşünürəm ki, qonağın dəvət edildiyi həmin verilişə getməməsidir”

Bu sözləri Yenicag.az-a açıqlamasında bəzi televiziya aparıcıların verilişlərinə çağırdıqları qonaqları təhqir etməsinə münasibət bildirərkən, Milli Məclisin deputatı Aqil Abbas deyib:

“Belə ki, belə verilişlərin aparıcılarının boykot edilməsi onlara münasibətdə özlərini etik qaydaya salmaq üçün təsir edəcək ən əlverişli vasitədir. Şou xarakterli verilişlərə baxanlar görür ki, aparıcı yerində deyil, insanları alçaltmaq və təhqir etməklə məşğuldur. Bu fonda aşağılamaya yol verən aparıcıya və onun apardığı verilişə münasibətdə ən təsirli vasitə qonağın həmin verilişə getməməsidir. Vəssalam. Aparıcılar hər şeyi gözləməli, təhqirə yol verməməlidir. Amma hər halda görürüksə ki, əvvəlki verilişə dəvət edilənlər aparıcı və digər kimsə tərəfindən təhqir olunursa, həmin verilişə dəvət alarkən, ora getməmək daha təsiredici vasitədir.

Ona görə də hər kəs çağırıldığı verilişə gedərkən öncə orada nə danışacaqlarını, aparıcının kim olduğunu öyrənməlidir. Şəxsən özüm bu tip şou xarakterli verilişlərə dəvət etsələr də getmərəm. Çünki oradakı adamlar mənimlə eyni səviyyəli adamlar deyil. Televiziyaya məni də tez-tez dəvət edirlər. Bu zaman öncədən orada kimlərin olacağını soruşuram”.

Qeyd edək ki, bir müddət əvvəl Elçin Əlibəylinin “Space” televiziyasında yayımlanan “El bizim, sirr bizim” verilişində aparıcı ilə müğənni Maral Tahirqızı arasında qarşıdurma yaranıb. Qarşıdurmaya səbəb isə aparıcının müğənnini və onun sənətini təhqir etməsi olub

ELÇİN

www.yenicag.az

1808
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv