Milli Məclisin iclasında deputat Azər Badamov Dövlət İmtahan Mərkəzinin (DİM) buraxılış imtahanları üçün tərtib etdiyi sualların çətin olmasından danışıb.
Yenicag.az xəbər verir ki, deputat buraxılış imtahanlarındakı suallardan əksəriyyətinin ali məktəbə qəbul imtahanları səviyyəsində qoyulduğunu bildirib.
“Təklif edirəm ki, buraxılış imtahanları yenidən keçirilsin və ya qiymətləndirmə sistemində fərqli yanaşma tətbiq edilsin”, – deyə A.Badamov əlavə edib.