Deputat “fransızlaşan” azərbaycanlıları NADAN adlandırdı – Özəl

1385805426fazil_mustafaYanvarın 8-də Parisin “Charlie Hebdo” nəşrinin redaksiyasında baş verənlər dünya ictimaiyyətinin ciddi reaksiyasına səbəb oldu. Fransa rəsmi orqanları hücum edənlərin ekstremist islamçılar olduğunu bildirdi. Yenə müsəlmanlar terrorçu kimi dünyaya təqdim edildi.   

Lakin çox keçmədi ki, bu çirkin oyunun üstü açıldı. Hadisələr qabaqcadan planlaşdırılmış və oradakı meyitlər də morqdan olay yerinə gətirilibmiş. Provokasiya xarakteri daşıdığı ortaya çıxdı.Lakin təəssüf doğurucu məqamlardan biri isə bəzi azərbaycanlı gənclərin sosial şəbəkələrdə İslamı gözdən salan paylaşımlar etməyə cəhd etməsi, Məhəmməd Peyğəmbərin karikaturasını öz profil hesablarında paylaşması və s. bu kimi hallardır.

Millət vəkili Fazil Mustafa isə cərəyan edən bu hadisələrə belə şərh verdi: “Bu əvvəlcədən planlaşdırılan təxribata oxşayır. Demirəm ki, Fransada xüsusi xidmət orqanlarının əli var, ancaq Fransanın kimlərsə tərəfindən seçilməsi təsadüfi deyil. Avropada İslam əleyhinə əhvalı xeyli qızışdıracaq. Qaldı ki, kimlərinsə bu karikaturaları profil olaraq seçməyinə, əslində bu insanların özləri özlərinə dəyər vermədiklərini göstərirlər. Bununla Peyğəmbərin adına hansısa pislik gətirə bilməzlər, sadəcə özlərinin nadanlıqlarını ortaya qoyurlar”.

 

Kamran

COP29