Deputat generalın üzünə təpiklə vurdu -ŞOK VİDEO

238852Ukraynada deputat generalın üzünə təpik vurub.

Ali Radanın anti-korrupsiya komitəsinin iclasında deputat Vladimir Parasyuk və general Vasiliy Pisn arasında anlaşılmazlıq yaranıb.

Hadisə Vladimir Parasyukun Milli Təhlükəsizlik Xidmətinin generalı Vasiliy Qriçaka onu dinləməyi təklif etdikdən sonra başlayıb.

Bundan sonra məmurlar arasında yaşanmış anlamazlıq sonda onların davasına, hətta, deputatın generalın üzünə təpik atmasına səbəb olub.

Buna bənzər hal bu ilin noyabr ayında Türkiyədə mərasimlərin birində nazir keçmiş əməkdaşına sillə vurub. Türkiyənin daxili işlər naziri Selami Altınok qatıldığı mərasimlərin birində rəsmi nümayəndələrlə bir-bir görüşüb. Burada öz sələfini görən nazir onunla da qucaqlaşaraq, görüşüb və zarafat olaraq ona sillə vurub.

Ümumiyyətlə, nazirin sevincini belə orijinal təzahürü Türkiyədə böyük rezonans yaradıb.

Türkiyədə analoji hal bir dəfə də təkrarlanıb. Belə ki, Türkiyədə parlament spikerinin seçildiyi vaxt bu post üçün namizədliyini irəli sürən, daha sonra baş nazirin arzusu ilə geri götürən millət vəkili Burhan Kuzu kürd əsilli həmkarı Sırrı Süreyya Öndərlə bir müddət söhbət edib. Bu vaxt Kuzu PKK terror təşkilatının siyasi cəbhəsi olan Sülh və Demokratiya Partiyasının (BDP) nümayəndəsi Öndərə zarafatla sillə vurub. Öndər isə onun əlini tutub, daha sonra tərəflər qucaqlaşıblar(ans).