Deputat girovlarımızın müdafiəsi ilə bağlı açıqlama verdi

dilgam_asgarov_sahbaz_guliyev_241014Sahib Alıyev: “Təşəbbüsdə başlıca məqsəd  girovlarımızın azad  olunmasını reallaşdırmaqdır”

Xəbər verildiyi kimi millət vəkili Sahib Alıyevin təşəbbüsü ilə “Girovları azad et” kampaniyasına start verilib. Burada başlıca məqsəd öz doğma torpaqlarına gedərək, yaxınların qəbirlərini ziyarət edərkən, ermənilər tərəfindən vəhşicəsinə tutularaq mühakimə edilən Kəlbəcər sakinləri Dilqəm Əsgərovla, Şahbaz Quliyevin azadlığana nail olmaqdır.

sahib-aliyevBu sözləri Yenicag.az saytına açıqlamasında millət vəkili Sahib Alıyev bildirdi. O həmçinin, kampaniya ətrafında işin nə yerdə olduğuna da aydınlıq gətirdi: “Bu kampaniyanın aparılmasında məqsəd erməni özbaşınalığını,  heç bir beynəlxalq prinsiplərə məhəl qoymayaraq, erməni işğalçılarının Azərbaycanın ərazisində vətəndaşlarımızı girov götürdüklərini dünyaya çatdırmaqdan ibarətdir. Bununla bağlı Azərbaycan xalqının narazılığını dünya ictimaiyyətinə çatdırmağı qarşıya məqsəd qoymuşuq. İkincisi, bilirsiniz ki, prezident İlham Əliyev Soçi görüşü zamanı  girovlarımızın geri qaytarılması tələbini irəli sürmüşdü. Həm də Paris görüşü öncəsi Minsk qrupu həmsədrləri ilə görüşdə də bu tələbi səsləndirmişdi.  Bu kampaniya ilə bir xalq olaraq prezidentin arxasında durduğumuzu göstərdik. Eyni zamanda, kampaniya məhz prezidentlərin Paris görüşü gününə həmin girovlar üzərində qondarma məhkəmənin qurulması faktını pisləmək məqsədi daşıyırdı. Dünya ictimaiyyəti bilməlidir ki, erməni tərəfi doğrudan da münaqişənin sülh yolu ilə həllini istəsəydi, girov götürdükləri Azərbaycan vətəndaşları üzərində məhkəməni də prezidentlərin görüşü gününə salmazdı. Amma bütövlükdə təşəbbüsdə başlıca məqsəd təbii ki, girovlarımızın azad  olunmasını reallaşdırmaqdır. Bunun üçün Facebook-da “Girovları azad et” səhifəsi açılıb. Çalışırıq ki, soydaşlarımız bu prosesə fəal qoşulsun, təklif və istəklərini, nə etmək lazım olduğunu bildirsinlar.  Hər halda nə qədər ki, girovlarımız azad olunmayıb, təşəbbüsü davam etdirəcəyik”

Rüfət/Yenicag.az