Deputat: “Hakimiyyət Tofiq Yaqublunun səhhətinin ağırlaşmasında maraqlı deyil”

“Hakimiyyət orqanları qətiyyən Tofiq Yaqublunun səhhətinin pisləşməsində maraqlı deyil”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

O, Tofiq Yaqublunun 5 il deputat köməkçisi işlədiyini xatırladıb: “Əyani olaraq tanıdığımız biridir. Bizə olan müraciətlərlə bağlı artıq işlər görmüşük”.

Deputatın sözlərinə görə, Tofiq Yaqublunun səhhətinə zərər gəlməsində maraqlı olan qüvvələr var:

“Təəssüflər olsun ki, var”.