Deputat həbs edildi

dunyamin15“Beynəlxalq Bank işi”ndə adı hallanan sabiq deputat saxlanılıb.

“Globus Plaza”nın sahibi, sabiq deputat Dünyamin Xəlilov bu il mayın əvvəllərində axtarışa verilmişdi. Bu günlərdə isə D.Xəlilov saxlanılaraq barəsində təkrar həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Bandotdel” bu ilin avqust ayında “Globus Plaza” axtarış aparıb və şirkətin kassalarını möhürləyərək bağlayıb.

Nərimanov Rayon Məhkəməsi mayın 15-də Dünyamin Xəlilov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Lakin D.Xəlilov hansısa yolla istintaq təcridxanasında deyil, öz işinin başında idi.(Qafqazinfo)