Reklam

Deputat İran parlamentində Azərbaycan şeiri oxudu - VİDEO

Reklam

İran parlamentində Azərbaycan milli geyimində çıxış edən Urmiya şəhərinin millət vəkili Hadi Bahaduri Cənubi Azərbaycan məktəblərində təhsilin ana dilində aparılmasını tələb edib.

H.Bahaduri bildirib: “Biz İran Konstitusiyasının 15 və 19-cu maddələrinin tətbiq olunması və İranda Azərbaycan məktəblərində türk dilinin (Azərbaycan dili – red.) tədrisini tələb edirik. Prezident Həsən Ruhanidən xahiş edirik ki, vətəndaşlıq hüquqları çərçivəsində bu məsələnin ən qısa zamanda reallaşması üçün lazımi tədbirlər görülsün”. O, həmçinin İran dövlət televiziyasında Azərbaycan türkcəsində ilk milli televiziya kanalının yaradılması təklifi ilə çıxış edib: “Biz Azərbaycan xalqı olaraq kimliyimiz, tariximiz və mədəniyyətimizi təhqir edənlərə qarşı ciddi tədbirlərin görülməsini tələb edirik”.

Millət vəkili çıxışını Səməd Vurğunun məşhur “Azərbaycan” şeirindən bir bənd söyləməklə bitirib:

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Videoya buradan baxa bilərsiniz:(Turkustan.info)

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 71
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."