!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat Məhəməliyev dövlətin 86 saylı qərarına qarşı çıxdı - ARAŞDIRMA

!Reklam – Yazi

Bir neçə gün öncə mətbuatda Nəsimi rayonun sabiq icra başçısı,hazırda millət vəkili olan Nəsib Məhəməliyevin qardaşı Yusif Məhəməliyevin Azərbaycan Republikası Prezidenti İlham Əliyev cənablarına Asif Əsgərovdan və “Azəri Tikinti Şirkəti” MMC-nin rəhbərliyindən şikayət müraciəti yayımlandı.

Maraq kəsb etdiyindən Yusif Məhəməliyevin ölkə prezidentinə niyə və hansı səbəbdən müraciət etdiyini diqqətlə araşdırdıq. Müraciətdə Nəsib Məhəməliyev qardaşı qeyd edir ki, güya onun mülkü hüquqları pozulub və Bakı şəhəri, Akademik Mirəli Qaşqay küçəsi 21 ünvanında ümumi sahəsi 984.7 m2 və torpaq sahəsi 0.1007 ha olan xüsusi mülkiyyət hüququ əsasında ona məxsus qeyri-yaşayış sahəsi mövcuddur. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində tam pay olaraq 10.12.2013-cü il tarixdə 1113128651 nömrəsi ilə qeydiyyata alınmışdır.

Məhəməliyevlər bu əmlaka necə sahib olublar?

Qeyd edək ki, hazırda millət vəkili olan Nəsib Məhəməliyev nə az,nə çox düz 8 ilə yaxın Nəsimi rayon İcra Hakimiyyətinin başçılsı olub və onun dövüründə rayon ərazisində satılmayan torpaq sahəsi qalmayıb.Bu gün dövlət əhəmiyyətli lahiyələr üçün hansısa yeni tikinti işləri aparmaq üçün rayon ərazisində torpaq tapmaq mümkün deyil. Yusif Məhəməliyevin Bakı şəhəri, Akademik Mirəli Qaşqay küçəsi 21 ünvanında ümumi sahəsi 984.7 m2 və torpaq sahəsi 0.1007 ha olan xüsusi mülkiyyət hüququ olan qeyri-yaşayış sahəsinə gəlincə, o doğru deyir və Məhəməliyevlər bu qeyri-yaşayış sahəsin elə planlı və ustaqlıqla özəlləşdiriblər ki, bu gün dövlətin qarşısına çıxıb hətta bu şəkildə danışa bilirlər. Doğrudur, Məhəməliyevlər qeyd olunan qeyri-yaşayış shəsinə daşınmaz əmlakın dövlət reyestrində tam pay olaraq 10.12.2013-cü il tarixdə 1113128651 nömrəsi ilə qeydiyyata belə aldırıblar. Maraqlıdır bəs görəsən 10.12.2013-cü ilə kimi bu qeyri-yaşayış sahəsi kimin adına olub?

Bunla apardığımız araşdırmada məlum olur ki, Nəsib Məhəməliyev Nəsimi rayon İcra Hakimiyyətinin başçısı olduğu dövürdə qeyd olunan qeyri-yaşayış sahəsin ələ keçirmək üçün həm qeyri-yaşayış sahəsin 2009-cü ildə yaxın tanışının adına keçirilməsi üçün bütün sənədləşmələri vəzifəsindən süi-istifadə edir və Ekalogiya və Təbii Sərvətlər nazirliyinin balansında olan əmlakı həmin yaxının adına sənədləşdirir. Ara sakitləşdikdən sonra,yəni 5 il sonra 2013-cü ildə isə cənab Məhəməliyev qeyd olunan ünvanı qardaşı Yusif Məhəməliyevin adına sənədləşdirir.Maraqlısı budur ki, Nəsimi rayon ərazisində 80 faiz daşınmaz əmlak sahibləri,sahib olduqları əmlakların yerləşdiyi torpaq sahəsini özəlləşdirə bilmədikləri halda, Məhəməliyevlər qeyd olunan ünvanda torpağı belə özəlləşdirə biliblər.Çox maraqlıdır görəsən cənab Məhəməliyevlərə dövlət bu səlahiyyələri verməsəydi,paytaxtın mərkəzində belə bir mülkə necə sahib olacaqdırlar? Bütün bunlar doğurdan da araşdırılmalı və həqiqətlərin üzə çıxmasın tələb edir.

Məhəməliyevlərin 86 saylı qərara qarşı üsyanı

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti Bakı şəhəri,Suraxanı,Nəsimi,Xətai,Nərimanov,Nizami,Yasama,Səbail,Pirallahı,Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 25 fevral 2016-c ildə 86 saylı qərar qəbul edib. Bu qərar yuxarda qeyd olunan rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi,qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qanunvericiliyin tələbinə uyğun olaraq qəzalı vəziyyətdə onlan binalar sökərək,onların yerində yeni yaşayış binası tikməyi öhtəsinə götürən tikinti şirkətinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazimi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını ehtiva edir.

Yəni 86 saylı qərar Azərbaycan dövlətinin əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması,digər bir tərəfdən paytaxta şəhərsalma prosesinin yüksək şəkildə həyata keçirilməsini diqtə edir. Yəni bu 86 saylı qərar Azərbaycanın tikinti və quruculuq sahəsində bren qərar kimi qəbul edilir.Amma gəl ki, Məhəməliyevlər qanunsuz yolla əldə etdikləri bu əmlakların və torpaq sahəsinin əllərindən çıxmasın gördüklərindən,yaxut da tikini həyata keçirən şirkətin qanunla nəzərdə tutulan qaydada təklifləri ilə razılaşmadıqlarından,dövlətin belə bir proqramına mane olmağa çalışırlar.Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz ünvanda yaşayan vətəndaşların 80 faizdən çoxu tikinti şirkəti tərəfindən köçürülərək,onlar müvvəqqəti olaraq.yəni bia təhfil verilənə kimi kira haqları ödənməklə evlərlə təmin olunublar. Bu gün həmin sakinlər də Məhəməliyevlərin dövlətin bu yöndə həyata keçirdiyi uğurlu siyasətə qarşı çıxmalarına etiraz edirlər və Məhəməliyevlərin tikinti işlərinin ləngidilməsi istiqamətində atdıqları addımları qınayırlar.

Maraqlısı budur ki, Nəsib Məhəməliyev 8 il icra başçısı olaraq Nəsimi rayonun cəhənnəmə çevirməsinə baxmayaraq, dövlət onu cəzalandırmadı,əksinə onu qanunverici orqana mandat verib yolladı ki, bəlkə etdiyi qanunsuzluqları Milli Məclisdə qanunları oxuyaraq görsün və dərk etsin ki, bu qanunlara görə,o icra başçısı olduğu dövürdə etdiklərinə görə dəmir barmaqlıqlar arxasına belə düşə bilərdi. Məhəməliyev isə dövlətin proqramına dəstək vermək əvəzinə,qardaş Yusif vasitəsi ilə 8 il rəhbərlik etdiyi ( siz söküb-taladığı kimi oxuyun) rayon haqqında ölkə rəhbərliyinə şikayətlənməyi üstün tutdu.Halbu ki, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilahiyə” Dövlət Lahiyə İnistutu belə qeyd olunan ərazidə mövcud olan yaşayış sahələri və qeyri yaşayış sahələri ilə bağlı 20 iyul 2017-ci ilədə akt belə tərtib edib. Bu akta qeyd edilir ki, qeyd olunan ünvanda yaşayış evlərinə və mənzillərə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu,köhnəlməsi ,fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olunub. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir.Yaşayış evləri və yaşayış binası məhdud işlək vəziyyətdədir.Yaşayış evlərində və yaşayış binasında təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir.Yaşayış evləri və yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına,şəhərin ümumi görüntüsünə,mövcud şəhərsalma tələblərinə cavab vermir.

Cənab Məhəməliyev qardaşları istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı qərarına və Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilahiyə” Dövlət Lahiyə İnistutunun vermiş olduğu akta baş qaldırmaqla nəyi deməyə çalışırlar? Nəsib Məhəməliyevin icra başçısı olduğu dövürdə müəmmalı şəkildə yaxın bir adamlarının adına sənədləşdirdikləri və 2013-cü ildə Yusif Məhəməliyevin adına reyestr nömrəsi 008013000127-06301,invrtar nömrəsi 3832 olan ümumi sahəsi 715.5 ha olan bir sahəni necə ələ keçirdiklərinimi?

Məhəməliyevlər ölkə prezidentinə mətbuat vasitəsi ilə ünvanladıqları məktubda iddia edirlər ki,güya qeyd olunan ünvanda tikili mövcud olub.Amma araşdırma zamanı məlum olur ki, Məhəməliyevlər burda da yalan danışırlar və qeyd edilən ünvanda hər hansı bir tikili mövcud olmayıb.Mövcud olan tikili isə 1890-1950-ci illərdə inşaa edilən və dövlətin mülküyyətində olan tikili olub ki,həmin tikili də sonradan ucub dağılıb.

Nəsib Məhəməliyev qardaşı Yusif Məhəməliyev vasitəsi ilə Nəsimi rayon İcra Hakimiyyətinə və “Azərtikinti Şirkəti ”MMC-yə qarşı başlatdığı bu qaralama kompaniyası əslində dövlətin 86 saylı qararına qarşıdır və apardığımız araşdırma zamanı əldə olunan sənədklərdən görünür ki, Məhəməliyevlər bu yolla,yəni hədə və qorxutma ilə dövlətdən nələrisə əldə etməyə çalışırlar. Deputat Nəsib Məhəməliyev parlamentin son iclasından sonra,bununla bğalı sualımızı cavablandıran zaman “Mən qardaşıma belə bir məktuba görə əsəbləşdim,mənim bu işlərdə xəbərim yoxdur”deməsi isə məsələləri özündən uzaqlaşdırmağa xidmət etməkdən başqa bir şey deyil.

www.yenicag.az

1296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv