Deputat məşhur inşaat şirkəti “Bakı İnşaat”ı yıxıb-sürüdü: “Şikayətlərin həddi-hüdudu yoxdur”

Milli Məclisin deputatı vətəndaşların tanınmış inşaat şirkətinə yönəlik şikayətlərini dilə gətirib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən iclasında “Bakı İnşaat” MMC-nin fəaliyyətini sərt şəkildə tənqid edib.

Deputatın sözlərinə görə, “Bakı İnşaat”ın fəaliyyətindən narazı olan vətəndaşların şikayətlərinin həddi-hüdudu yoxdur.

Bu şikayətlərin araşdırılması üçün şirkətlə əlaqə saxlanılmasına yönəlik cəhdlər isə nəticəsiz qalır. Çünki “Bakı İnşaat” MMC-nin rəhbərliyi telefonlara baxmır.