Deputat Məşhur Məmmədov “Davam”da! – Fotolar

“Davam” Gənclər Hərəkatının mərkəzi ofisində Milli Məclisin deputatı Məşhur Məmmədovla görüş keçirilib. Baş tutan görüşdə “Davam”ın sədri Nihad Allahyarlı, hərəkatın katibliyi və davamçı gənclər iştirak edib.

Yenicag.az xəbər verir ki, “Davam”ın sədri Nihad Allahyarlı gəncləri salamlayaraq görüşü açıq elan edib. O, “Davam”ın deputatların iştirakı ilə ictimai müzakirələrə start verdiyini diqqətə çatdırıb və Məşhur Məmmədova dəvəti qəbul etdiyinə görə öz təşəkkürünü bildirib.

Öz növbəsində çıxış edən deputat Məşhur Məmmədov gələcəyin gənclərin əlində olduğu fikrini xüsusi vurğulayaraq iştirakçılara öz fəaliyyəti ilə bağlı olaraq müxtəlif tövsiyələr verib.

Diskussiya formatında davam edən görüş zamanı gənclər M.Məmmədova iqtisadiyyat, sahibkarlıq, xüsusilə Qarabağa qayıdışla bağlı suallar ünvanlayıb, təkliflər irəli sürüblər.

Sonda xatirə fotoları çəkilib.