!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat məzuniyyətini yarımçıq qoydu: Yanğın baş verən ərazilərdə çalışır - FOTO / VİDEO

!Reklam – Yazi

54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputat seçilmiş Sadiq Qurbanov meşə yanğınlarının baş verdiyi ilk gündən etibarən həmin ərazidə çalışır, vətəndaşlara yardım edir.

Yenicag.az-ın məlumatına görə, Sadiq Qurbanov məzuniyyətdə olmasına baxmayaraq, meşə yanğınları ilə mübarizədə aktiv iştirak edir.

Deputat ən kritik yanğın ərazilərində olur, yanğınsöndürmə işlərinə yardım edir. Bununla yanaşı, o, mövcud vəziyyətdə vətəndaşlarla dəyərləndirmələr aparır, yaranmış problemlərin tez zamanda həlli üçün səy göstərir.

Yanğından zərər çəkmiş vətəndaşlarla da söhbət aparan Qurbanov dövlətin onların yanında olduğunu xatırlatmaqla birlikdə, yanğınsöndürənlərin motivasiyasına da diqqət ayırır.

Deputatın yanğın baş vermiş ərazilərdəki fəaliyyətilə bağlı foto və videoları təqdim edirik:

www.yenicag.az

523
Ads
www.veteninfo.com
!Reklam – Arxiv