Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Deputat Milli Məclisin müdafiəsinə qalxdı: "Əgər onlar bizdən ağıllıdırlarsa..."

Reklam: High Technic

Milli Məclisin bu gün keçirilən plenar iclası deputatın sərt çıxışı ilə başlayıb.

Yenicağ.az xəbər verir ki, iclasda çıxış edən deputat Qüdrət Həsənquliyev Ələt azad iqtisadi zonasının faəliyyətini tənzimləyən qaydaların Konstitusiyaya zidd olduğunu bildirib:

“Ələt azad iqtisadi zonasının əsasnaməsində qeyd olunub ki, zonanın səlahiyyətli qurumu əmək fəaliyyəti ilə bağlı qaydaları müəyyənləşdirmək hüququna malikdir. Ancaq Konstitusiyaya əsasən əmək və digər sahələri əhatə edən məsələləri müəyyənləşdirmək səlahiyyəti Milli Məclisə məxsusdur.
Burdan belə çıxır ki, Ələt azad iqtisadi zonasının  səlahiyyətli qurumu Milli Məclisdən daha üstün mövqedədir. Bunun səbəbini Valeh Ələsgərovdan soruşanda o dedi ki, bizim Əmək Məcəlləmiz çox böyükdür, xaricilər onu oxuyası deyil. Mən də təklif etdim ki, məcəllədən çıxarışlar olsun və tərcümə edilsin. Yaxud da Ələt azad iqtisadi zonasının səlahiyyətli nümayəndələri burdakılardan ağıllıdırlarsa, təkliflərini göndərsinlər, biz də onlara baxaq, müzakirə edək və təsdiqləyək.

www.yenicag.az

1165
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM