Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputat oğlunun Gürcüstan yatırımları: Pərviz Vəliyev milyonları harada və necə qazanıb? - FOTOLAR

Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev Gürcüstanda qoyduğu yatırımlarla diqqət mərkəzinə düşüb.

Yenicag.az xəbər verir ki, mühacirətdə yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün “Facebook” profilində deputat Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin Gürcüstana 50 milyon dollardan artıq investisiya yatırdığı barədə məlumat yayıb.

İnformasiyaya görə, Ağalar Vəliyevin oğlu Gürcüstanın Qara dəniz sahilindəki kiçik kurort şəhəri olan Kabuletidə otel və bir neçə başqa bina tikdirib. Qeyd olunur ki, Kobuletidə Agmaşenebeli küçəsindəki deputat oğluna məxsus beşulduzlu otelin təməli 3 il əvvəl atılıb. İnvestiya dəyəri 200 milyon laridir (65 milyon dollar).

40 min kvadrat metr sahəsi olan və 400 nəfərin işləyəcəyi oteldə 220 otaq və 300 nəfərlik konfrans salonu nəzərdə tutulur. Hotelin investoru deputat Ağalar Vəliyevin oğluna məxsus “Kristal Building” LTD şirkətidir.

Tiflisin Zemo Vedzisi küçəsindəki kompleksin tikintisi azərbaycanlı investorlara 120 milyon dollara başa gələcək. Kompleksə beşulduzlu otel, iş mərkəzi, yaşayış binası və səhiyyə ocağı daxildir.

Bu layihənin investoru Pərviz Vəliyevin şərik olduğu “Kristal Building Ltd” şirkətidir. Bunlardan başqa, Ağalar Vəliyevin oğlunun tək Gürcüstan yox, Ukrayna və Türkiyədə də ciddi yatrımlar etdiyi bildirilir.

Bu informasiyanı dəqiqləşdirmək üçün deputat Ağalar Vəliyev və adıçəkilən şirkətlə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı. Yazıda adı keçən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Səxavət Məmməd

www.yenicag.az

641