!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat ölkənin təhsil sistemini yerdən-yerə vurdu: “Köhnəni dağıtdıq, bəs ortaya nə çıxdı?”

!Reklam – Yazi

“Hökumət üzvləri, xahiş edirəm, oturun, təhsil sistemimizi yenidən qurun”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iyunun 8-də keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxış edən deputat Tahir Kərimli ölkənin təhsil sisteminin bərbad vəziyyətdə olduğunu deyib.

Onun sözlərinə görə, hökumət təhsil sisteminin yenidən qurulması istiqamətində hərəkətə keçməlidir:

“Məgər bizim təlim-tərbiyə, tədrisə əsaslanan təhsil sistemimiz yox idi? Dağıdıb tökdük. Bir dənə təhsil qanununu on ilə qəbul etdik. Ortaya nə çıxdı? Bu gün Azərbaycanda kim istedadlıdırsa, bu, fərdi hazırlaşmağının hesabınadır.

Min il möhtəşəm dövlətlər qurduq, möhtəşəm alimlər, elm, bilik ortaya gəldi. Son yüzilliklərdə elm və təhsil sahəsində ancaq geri getmişik. Baxın, Nobel mükafatçılarımız var, ya yox? Axı Azərbaycan hər işdə Şərqdə öncül yerlər tutub.

Əgər büdcəmizin gələcəkdə həqiqətən, xalqın rifahını ödəyəcək qədər tutumlu olmasını istəyiriksə, indidən heç olmasa, on il sonranı düşünməliyik. Xahiş edirəm, oturun, təhsil sistemimizi yenidən qurun”.

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv