Xəbər verdiyimiz kimi, növbədənkənar parlament seçkilərində iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Yenicag.az-ın məlumatına görə, 125 seçki dairəsi üzrə mübarizə aparacaq namizədlər arasında gənclər də üstünlük təşkil edir.
Ən gənc namizəd 2006-cı il təvəllüd Hüseynov Zəbulla Nizami oğludur. Onun 18 yaşı tamam olub. Digər gənc namizədlərin 1-nin 19, 2-nin 20, 5-nin 21, 12-nin 22, 9-nun isə 23 yaşı var.
Qeyd edək ki, Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək./unikal