Bu günlərdə Yerevanın Arabkir administrativ rayonunun Aram Xaçaturyan küçəsindəki binada yaşayan 30 yaşlı Tatevik Baqdasaryan özünü 4-cü mərtəbədən atıb.
İntihar edən qız keçmiş deputat Albert Baqdasaryanın qızıdır.
Məlumatda qeyd edilir ki, insident gecə saatlarında baş verib. Qonşuların sözlərinə görə, Tatevik fleytaçı olub, müxtəlif müsabiqələrdə ciddi uğurlar qazanıb. Bir müddət əvvəl nişanlanıb. Onun keçmiş əri Dövlət Kino və Teatr İnstitutunda işləyir.
Şayiələrə görə, Tatevik intihar etməzdən əvvəl nişanlısının hədiyyə etdiyi üzüyü pəncərənin altına qoyub.
(topnews.az)