Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputat Ramil Həsən "Davam"ın qonağı olub - FOTOLAR

5 oktyabr tarixində “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində “ZəfərimİZ” adlı kampaniya çərçivəsində “Postmüharibə dövrü: geosiyasi və regional reallıqlar” mövzusunda görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə millət vəkili Ramil Həsən, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, baş katib Nigar Aslanova, katiblik və 40-dan çox davamçı gənc iştirak edib.

“Davam”ın sədri Nihad Allahyarlı gəncləri salamlayaraq ildönümünü yaşadığımız 44 günlük Vətən müharibəsinin Anım Günündən başlayaraq Zəfər Gününə qədər davam edəcək “ZəfərimİZ” adlı kampaniya çərçivəsində artıq ikinci görüşün baş tutduğunu bildirib, bu istiqamətdə görülmüş və görüləcək növbəti tədbirlərdən bəhs edib. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Zəfər savaşı tarixdə Azərbaycan xalqının birlik, bərabərlik və qürur rəmzinə çevrilərək əbədi qalacaq. Azərbaycan xalqı qalib xalq, Azərbaycan gəncliyi isə qalib xalqın gəncliyidir. Yekun olaraq 44 günlük Vətən müharibəsində qazandığımız qələbə ilə bağlı öz fikirlərini bölüşərək şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyib.

Öz növbəsində millət vəkili Ramil Həsən mövzu ilə bağlı fikirlərini gənclərlə bölüşüb, Cənab Prezident İlham Əliyevin diplomatik mübarizədə ciddi və qətiyyətli mövqeyini dövlət siyasətinin ən gözəl nümunələrindən biri olaraq yüksək qiymətləndirərək iki qardaş ölkə – Azərbaycan və Türkiyənin yüksək xətlə irəliləyən münasibətlərinin hər iki tərəf üçün müsbətyönümlü olduğunu qeyd edib. Həmçinin Azərbaycanın bölgədə və Qafqazda söz sahibi olduğunu, çoxtərəfli münasibətlərin inkişafı ilə bağlı xüsusi töhfə verdiyini, regionda sülhün, təhlükəsizliyin, qarşılıqlı sabitliyin təmin olunması, Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın öz üzərinə düşən bütün tarixi missiyanı uğurla həyata keçirdiyini bildirib. Azərbaycanın xarici siyasət strategiyasında milli mənfəətlərimizin qorunması ilə bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurla atmış olduğu addımları hər bir gəncin, hər bir Azərbaycan vətəndaşının qorumalı və sahib çıxmalı olduğunu gənclərin diqqətinə çatdırıb. Eyni zamanda Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının gənclərin inkişafı üçün atılan təqdirəlayiq addım olduğunu bildirib.

Səmimi və maraqlı söhbət əsnasında gənclərin çoxsaylı sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.

www.yenicag.az

313
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100