!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat Ramil Həsən Ucarda seçiciləri ilə görüşdü - FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 10 sentyabr 2022-ci il tarixində Ucar rayonunda seçiciləri ilə görüşüb.

Deputat səfər çərçivəsində Yeni Azərbaycan Partiyası Ucar rayon Təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə çiçəklər qoyub. Həmçinin Ucar rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanında vətənimiz Azərbaycan uğrunda canlarını fəda etmiş Şəhidlərimizin məzarları ziyarət edilib və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igid oğullarımızın ruhuna dualar oxunub.

Milli Məclisinin deputatı Ramil Həsənin daha sonra Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti görüşünü keçirib. Millət vəkili görüşdə iştirak edən seçicilərin arzu və istəklərini, o cümlədən çətinlik və problemlərini, vətəndaşların müxtəlif mövzularda təkliflərini diqqətlə dinləyib, məsələlərin qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlarla birgə işlər görüləcəyini seçicilərin diqqətinə çatdırıb. Görüşdə, həmçinin seçicilər bundan əvvəl qaldırılmış və həllini tapmış məsələlərə görə millət vəkili Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, qaldırılan məsələlərin içərisində ən çox işsizlik, sosial problemlərin həlli, hüquqi yardım, müalicə, işə bərpa, su-kanalizasiya problemləri, içməli suyun çəkilməsi, maddi dəstək, o cümlədən asfalt yolların çəkilməsi ilə bağlı məsələlər üstünlük təşkil edib.

Bundan əlavə, Ramil Həsən Ucar rayonundan olan Şəhid ailələrinin və qazilərin bir qrupu ilə də görüşüb, onları narahat edən məsələlər barədə müzakirələr aparılıb, onların qaldırdıqları problemlərin həlli ilə bağlı lazımı tapşırıqlar verilib və qısa müddətdə onların aidiyyəti qurumlara yönəldilərək həllinə çalışacağını bildirilib.

 

www.yenicag.az

1264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv