!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat TƏBİB-lə nazirliyi TOPA TUTDU: "Bəlkə onları xəstəxanaya müalicəyə də götürməyək?" - ETİRAZ

!Reklam – Yazi

“Sabah bununla bağlı TƏBİB-ə və Səhiyyə Nazirliyinə deputat sorğusu ilə rəsmi müraciət də edəcəyəm”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanda yaşayan Gürcüstan vətəndaşı olan soydaşlarımızın koronavirus əleyhinə vaksin vurdura bilməmələri ilə bağlı deputat Fazil Mustafa “Facebook” hesabında yazıb.

Fazil Mustafa məsələ ilə bağlı təcili qərar verilməli olduğunu vurğulayıb:

“Bu da başqa bir biabırçılıq. Gürcüstan vətəndaşı olan çoxlu soydaşımız var. Onlar nə etsinlər? Artıq illərdir evləri-eşikləri burada, onlara vaksin vurulmur ki, bəs portalda adınız çıxmır. Müvəqqəti yaşamaq hüququ barədə sənəd tələb edirlər. Çoxusunda da bu sənəd yoxdur. Müvafiq qurumlara çağırış edirəm, onların siyahısı hökumətdə olmalıdır, ayrıca olaraq məhz faktiki Azərbaycanda yaşayan Gürcüstan vətəndaşı olan soydaşlarımıza vaksin vurulmalıdır. Onlar bizim qanımızdan, canımızdan deyilmi? Bəlkə onları xəstəxanaya müalicəyə də götürməyək? Bu nə duyarsızlıqdır. Sabah bununla bağlı TƏBİB-ə və Səhiyyə Nazirliyinə deputat sorğusu ilə rəsmi müraciət də edəcəyəm. Üst-üstə soydaşlarımızın sayı olsun 100-150 min. Buna vaksinimiz yetməyəcək? Təcili yığışıb bir qərar qəbul etmək lazımdır. Operativ Qərargah da bu ciddi məsələni diqqətdə saxlamalıdır”.

www.yenicag.az

1083
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv