Deputat: “Türk türkün yanında olanda hər çətinliyin öhdəsindən gəlir”

“1974-cü ildə Tarix fakültəsində oxuyanda Kiprdə baş verən hadisələri Sovet mətbuatından oxuyurdum. Biz orada yazılanların doğru olduğunu zənn edirdik. İllər keçdi, gerçək tarixi öyrəndik”.

Yenicag.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən “Rauf Raif Denkdaş və Fazil Küçük II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumu”nda çıxış edən Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

“Biz türk olaraq, nəhayət, dərk etdik ki, bir-birimizin yanında olmalıyıq. Biz hər çətinliyi gördük. Onu da gördük ki, türk türkün yanında olanda hər çətinliyin öhdəsindən gəlir”, – deyə deputat qeyd edib.

O, sözlərini belə yekunlaşdırıb: “Biz güclü, qətiyyətli Kipr arzulayırıq”.

Aqil Bəkir/Lefkoşa