Rusiya Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov Ukraynada yaralanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.
“Delimxanov yaralanıb, amma sağdır”, – məlumatda qeyd olunub.
Ukrayna mənbələri isə Adam Delimxanovun Zaporojye vilayətində öldürüldüyü barədə məlumat yayıb.