Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Deputat yenə aranı qatdı: “Tanışlıq saytları bloklansın”

“Uşaqlar, gənclər, hətta qocalar da bütün günü internetdə “otururlar”.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Tamara Pletnyova internetdən istifadəni məhdudlaşdırmaq təklifi ilə özünü hədəfə gətirib.

Mühafizəkar baxışları ilə seçilən Pletnyovanın fikrincə, internet “qeybət yuvası”ndan başqa bir şey deyil:
“Ümumiyyətlə, interneti bağlamaq lazımdır. Hamı – uşaqlar, gənclər, hətta qocalar da bütün günü internetdə “otururlar”. İnternet qeybət yuvasıdır, orada ancaq yalan var.

Adamlar hesab edirlər ki, internet kimisə qaralamaq və buna görə görə cavab verilməyəcək yerdir. Ona görə də ilk növbədə tanışlıq saytlarını bloklamaq lazımdır. Həm də tək elə saytları deyil…

O cür saytların bloklanması insanlar arasında “doğru münasibətlər”in qurulmasına, bir gecəlik seksdən yayınmağa imkan verəcək”.

Bu fikirlərinə görə sosial şəbəkələrdə kəskin tənqidlərə tuş gələn Pletnyova internetlə bağlı fikirlərinin təhrif olunduğunu iddia edib”.

www.yenicag.az

1843
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM