Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputata məxsus olduğu iddia edilən ərazinin sahibi kimdir? - VİDEO

Reklam: Sinerji Pro

Milli Məclisin deputatı Adil Əliyevə məxsus olduğu bildirilən torpaq sahəsinin gerçək sahibləri üzə çıxdı.

Yenicag.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşən və deputat Adil Əliyevə məxsus olduğu iddia edilən torpaq sahəsinin sahibi Qətibə Abdullayevanın nümayəndəsi Zakir Həsənov mətbuat konfransı keçirərək, məsələyə aydınlıq gətirib.

Zakir Həsənov haqqında danışılan torpaq sahəsinin Adil Əliyevə məxsus olmadığını bildirərək, ərazinin gerçək sahibinin kimliyini açıqlayıb:

“Həmin torpaq ərazisinin sahibi olduğunu iddia edən Xəzangül Məmmədovaya bələdiyyədən verilən və həmin torpaq sahəsinin statusunun göstərilmədiyi sənəd araşdırıldı.

Ədliyyə Nazirliyinin müvafiq şöbəsində də təsdiqlənib ki, həmin torpaq sahəsi dövlətə məxsusdur. Bununla bağlı bələdiyyə sədrinə də o torpaq sahəsinin dövlətə məxsus olduğu bildirilib. Bu məsələlər sənədlərdə öz əksini tapıb.

Daha sonra məlum oldu ki, Xəzangül Məmmədova Binəqədi rayon Məhkəməsinə müraciət edib və məhkəmə də torpağın statusunu müəyyən etmədən qətnamə çıxarılb. Biz də Apellyasiya şikayəti verərək, vəsatət qaldırdıq ki, həmin torpağın statusu ilə bağlı sənədləri qəbul etsin.

Məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş etdik. Qarşı tərəfin nümayəndələri məhkəmədə iştirak etsələr də, hörmətsizlik edib qərar elan olunmadan çıxıb getdilər. Məhkəmə ədalətli qərar qəbul etdi və Ali Məhkəmə də o qərarı qüvvədə saxladı.

Ələmşah adlı şəxs “Kanal 13”də çıxış edərək, deputat Adil Əliyevin adını çəkir. O torpaq sahəsinin Adil Əliyevə nə aidiyyatı var? Həmin torpaq Qətibə Abdullayevanındır.

O torpaq sahəsinə iddia edən şəxsin məhkəməyə şikayət etmək hüququ yoxdur. Sənədi ləğv edilmiş torpaq ərazisi üçün hansı əsasla iddia qaldıra və Adil Əliyevdən pul tələb edə bilərlər? Pul məsələsini gedib bələdiyyə ilə həll etsinlər.

2016-cı ildə Bakı şəhər Baş Polis İdarəsində də araşdırma aparıldı. Heç bir sübut tapılmadı və vətəndaşa izah olundu ki, iddiasını bələdiyyədən tələb etsin”.
Mətbuat konfransında iştirak edən deputat Adil Əliyevin nümayəndələri də jurnalistlərin suallarını cavablandırıblar.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

2881
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100