Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputata qarşı ağır ittihamlar- Milyonluq mülklər, maliyyə “əməliyyatları…

semsedAzərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru, dövlət mükafatı laueratı Bədirxan Musayev prezident İlham Əliyevə müraciət edib.

O, bildirir ki, son 4 ildə 100-dən çox mətbuat, 200-dən çox müvafiq orqanlar vasitəsi ilə, 4000 nəfərdən çox ziyalı və onu tanıyanlar İqtisad universitetinin sabiq rektoru, Milli Məclisin komitə sədri Şəmsəddin Hacıyevin əməlləri haqda prezidentə məktublar yazıblar: «Həmin məktublarda cənab prezidentdən məni qəbul etməsi xahiş olunsa da, Şəmsəddin Hacıyevin pulu və bağlı olduğu qruplar bunların prezidentə çatmasına imkan verməyib:

“Hörmətli cənab Prezident! Ş.Hacıyev rektor işlədiyi dönəmdə universiteti talan elədi. Bununla yanaşı, o, müəllimlərin və büdcənin pulu ilə özünə dost və hamilər də qazandı. Elə universitetin müəllimləri üçün tikilən binada baş nazirin və YAP-ın sədr müavini Əli Əhmədovun tələbə oğluna 4 otaqlı mənzil, baş nazirin digər müavini Elçin Əfəndiyevin tələbə qızına isə 2 ayrı-ayrı mənzil olmaqla 5 otaqlı mənzil bağışlaması faktdır. Şəmsəddin Hacıyev digər vəzifəli şəxslərə isə həmin binada su qiymətinə mənzillər təşkil etməklə, el dili ilə desək, hamam suyu ilə özünə dostlar qazandı. İndi bu vəzifəli dostları da Şəmsəddin Hacıyevin şantajlarından qorxaraq onu müdafiə etməyə məcbur olurlar».

Şəmsəddin Hacıyevin İqtisad Universitetinin Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat rüşvət almasını, təmir-tikinti işlərinin lahiyə dəyərinin 40%-ni oğurlamasını ifşa etdiyini deyən B.Musayev bildirir ki, ellə buna görə sabiq rektor onu vaxtı ilə işlədiyi vəzifələrdən əsassız azad edib:554110_427677377285845_1557694876_n

«Ş.Hacıyev pulun gücünə və mafioz birləşmələrinə arxalanaraq, universitet tarixində yeganə Dövlət Mükafatı laureatı, Türk Dünyasının akademiki, İqtisadi Kibernetika ixtisasının yaradıcısı, İqtisad Universitetində 15 rektorla 60 il bütün vəzifələrdə işləmiş i.a. mənə (B.Musayevə) “vətən xaini” damğası vurub, bir həftə ərzində “İqtisadi Kibernetika” kafedrasının müdiri və rektorun müşaviri vəzifələrindən azad etmiş, əmr vermədən professor vəzifəmi yerinə yetirmək üçün binalara daxil olmağa qadağa qoymuşdur. Bu, artıq faşizmin əlamətidir. O, bu cür cinayət tərkibli əməllərini məhkəmələrdə də davam etdirib. Hakimləri satın alaraq istədiyi qətnamələri çıxartdırıb. İş o yerə çatıb ki, hazırda YAP-da “qoltuğu”nun altına aldığı keçmiş köməkçisi Zəfər Bayramovu da “qanunun caynağı”ndan xilas etməkdən çəkinməyib. Sizə Şəmsəddinin dövründə universitetin fakültə elmi şuralarında mənə qarşı təşkil edilən əxlaqsız kampaniyalar və iclaslarda səslənən və küçə səviyyəli insanlara xas olan ifadələrin yer aldığı protokolları da göndərirəm. Baxın, bu protokollarda Şəmsəddinin qudası Müzəffər Məmmədov başda olmaqla, onun banda üzvləri hansı oyunlardan çıxıblar! Şəmsəddin Hacıyev Yalçın Hacızalov, Əlixan Əliyev, Ağadadaş Qafarov, Damət Bağırov, Müzəffər Məmmədov, Həsən İsrafilov, (Sonuncu iki şəxs onun Dərbənd filialı vasitəsiylə qurduğu qanunsuz tələbə qəbulu şəbəkəsində xüsusi yer alıblar) və digərləri vasitəsiylə mənə qarşı əxlaqa sığmayan çirkin iftira və böhtanlarını atdırıb, məni təhqir etdiriblər. Ancaq nə yazıq ki, buna nə dövlət, nə də məhkəmə hakimiyyəti qiymət verməyib. Çünki Şəmsəddin Hacıyev yuxarıda qeyd etdiyim “əməliyyat”lar hesabına yığdığı pullar hesabına dövlətin və məhkəmənin üzvlərinin çoxunu satın alıbdır. Belə olmasaydı, indi o, həbsxanada olmalı idi. Ancaq Əli Əhmədov ona YAP-da vəzifə verir. O da öz növbəsində qudası Müzəffərə Səbail YAP-ında seçkili vəzifə verir. Halbuki, Müzəffər Məmmədovla Həsən İsrafilov qanunsuz tələbə qəbuluna görə indi istintaq altında olmalıdırlar. Onların əməlləri haqqında xüsusi faktlarla yeni müraciətimi də yaxın günlərdə sizə təqdim edəcəyəm».

B.Musayevin sözlərinə görə, Zəfər Bayramov qəzetlərin birində ona qarşı “dövlətçiliyə qarşı çıxış edən”, “H.Əliyevə qarşı çirkin kampaniyalarda iştirak edən”, “imzasız məktub yazan”, “dosye toplayan”, “iftiraçı”, “nankor”, “çirkin əməllər sahibi”, Müzəffər Məmmədov isə vaxtı ilə rəhbərlik etdiyi və yeni rektor tərəfindən isə vəzifədən qovulduğu BİM fakültəsinin Elmi Şurasında «İnsan simasından məhrum olan məxluq», «O, nə alim, nə ziyalı adına laiq deyildir», «Paslanmış naftalin iyi verən fikirli şəxs», «Bu kimi parazitlərə kollektivmizdə yer olmamalıdır», «Dövlətçiliyimizin, xalqın düşməninə, xəyanətkarına öz aramızda yer olmamalıdır» kimi ifadələri barəsində səsləndiriblər: «Ancaq məhkəmə bunları təhqir saymayıb. Həyasızlığın pik nöqtəsi saymaq olar bu faktları. Buna görə adıçəkilənlərə qarşı yenidən iddia qaldıracam. Son nəfəsimə kimi bunların cəzalandırılmasına nail olacağam. Əgər məhkəmə və dövlət bunlara qiymət verməzsə, o zaman həmin sözləri yazıb evlərinin divarına vuracağam».

Sonda isə Bədirxan Musayev bildirib ki, hazırda Şəmsəddin Hacıyev bütün gücüylə yenidən deputat olmağa çalışır:

«Hörmətli cənab Prezident! Şəmsəddin Hacıyev yenidən Milli Məclisə deputat seçilmək və ya yüksək vəzifə zəbt etmək arzusuna düşübdür. Bunun üçün hesab edir ki, yığdığı milyardlar çatmaz. Ona görə də müəllimlər üçün tikilən universitetin yaşayış binasının özəlləşdirdiyi 1-ci mərtəbəsini 4 milyona, Pirşağada zəbt etdiyi 10 hektar torpaq sahəsinin bir sotunu 8 min manata satır. Bundan başqa, şəhərin ayrı-ayrı məkanlarında aldığı 11 yaşayış mənzillərinin 10-nu kirayə verməyə məcbur olubdur. Onun əmlakları bundan ibarət deyil. Bu onun sahibi olduğu sərvətin çox kiçik bir hissəsidir. Xahiş edirəm, araşdırın, görək o, bu qədər sərvəti haradan əldə edib? O, indii kimlərin qapısının ağzında yatır ki, yenidən deputat olsun? Ona dəstək verən məmurlar bunun qarşılığında Şəmsəddindən nələri umurlar? Axı, YAP və dövlətə zərbə gətirən bu adama niyə yeni imkanlar açılmalıdır?».

Bədirxan Musayev Şəmsəddin Hacıyevin akademik Əli Abbasovdan qisas almaq üçün onun yaratdığı optimal strukturanı necə dağıtmasını, 4 qiyabi fakültəni 12 əyani fakültəyə necə birləşdirməsinin, bununla nə qədər dərs saatı artırmaqla, pul qazanması, Maliyyə kredit fakültəsini iki yerə bölüb, müxtəlif binalarda yerləşdirməsi nəticəsində tədris yükünü süni olaraq 80 min saat artırmaqla universitet üzrə 155 ştatdan kənar əməkdaşı hansı meyarla işə qəbul etməsini və filial vasitəsiylə kimlərin övladlarını tələbə etməsi, evinə göndərilən minnətəçilərin kimliyi və onların israrlı yalvarışlarla yazdığı barışıq məktubları və sair kimi çox ciddi sənədli faktlardan da söz açıb…

Bunlara da aydınlıq gətirəcəyik.

Adıçəkilənlərin də mövqeyini dərc etməyə hazırıq.

“Reytinq” qəzeti

www.yenicag.az

376