Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Deputatdan həbs edildiyi deyilən qardaşı ilə bağlı açıqlama: "Qardaşımla..."  

Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənovun həbs olunması ilə bağlı xəbərlər yayılıb.

Musavat.com-un yaydığı xəbərə görə, onun iş yerində, maşınında və evində axtarış aparılıb. Verilən məlumatlara görə, əməliyyatı Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları gerçəkləşdirib. İddia olunur ki, M. Həsənovun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Əməliyyat zamanı gömrük postunun rəisi ilə yanaşı, bir neçə qaçaqmalçı da saxlanılıb. Həmin şəxslərin mütəmadi olaraq Azərbaycandan Gürcüstana və geriyə qaçaqmal daşıdıqları, əsasən ölkədən böyük məbləğlərin çıxarılması ilə məşğul olduqları haqda məlumatlar var.

Ancaq Yenicag.az saytına açıqlama verən Mehmandar Həsənovun bacısı, millət vəkili Məlahət İbrahimqızı (Həsənova) məlumatı təkzib edib. O, yayılan məlumatı qərəzli adlandırıb:

“Dövlət Təhlükəsizlik Xidməti kimi hörmətli qurumun adından belə xəbər yazmaq qəbulolunmazdır. Mən hər gün qardaşımla əlaqə saxlayıram. Yayılan xəbər yalandır, əsassızdır! Mehmandar Həsənov siyasətçi deyil, dövlət məmurudur. İstəsəniz, onun tabe olduğu nazirlikdən də mövqe öyrənə bilərsiniz”.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

587
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM