!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatdan Roma Papasına “Putin”li cavab

!Reklam – Yazi

скачанные файлы (2)Roma Papası Françeskonun Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı təklifinə azərbaycanlı millət vəkili Sahib Alıyev öz Facebook səhifəsindən maraqlı münasibət bildirib.

Yenicag.az həmin status təqdim edir:

“Roma papası Françesko Türkiyəyə 3 günlük səfərini başa vurar-vurmaz “mənim əsl qəlbimdə olan türk-erməni sərhəddlərinin açılmasıdır” deməklə ora hansı niiyətlə getdiyinə aydınlıq gətrimiş oldu. Bu gün də Rusiya prezidenti Vladimir Putin Ankaradadır. Bilmirəm Roma Papası anlayır ya yox, əgər Vladimir Putin istəməsə, Türkiyə və Ermənistan sərhədlərini aça bilməzlər. Çünki həmin sərhədləri qoruyan Rusiya hərbçiləridir. Moskva isə hələlik bunun əleyhinədir. Soruşacaqsınız ki, bəs onda Kremldəkilər ermənilərə Sürix danışıqlarını aparmağa niyə izn vermişdilər. Bununla Azərbaycanla Türkiyənin arasının dəyəcəyini proqnozlaşdırırdılar, ona görə. Amma nəzərə almamışdıalr ki, biz iki dövlətin bir milləti deyil, bir millətin iki dövlətiyik. Dövlətdəkilərdən kimsə sərhədləri açmağa qalxarsa, türk milləti buna izn verməyəcək. Vermədi də!..”

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv