Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputatdan siqaret qadağasına etiraz: “Stalinin qəlyanını əlindən necə alacaqsız?”  

Parlamentin deputatı tamaşa və filmlərdə siqaretli səhnələrin qadağan olunmasına etiraz edib.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə təklif edilən düzəlişlər müzakirə olunub.

Müzakirələrdə çıxış edən deputat Rəfael Hüseynov teatr və filmlərdə siqaret çəkilməsinin qadağan olunmasına etirazını bildirib:
“Tütün istifadəçiləri olmuş tarixi şəxsiyyətlər Stalin və Çörçill haqqında çəkilən filmlərdə, hazırlanan tamaşalarda qəlyanı, siqarı onların əlindən necə alacaqsız? Yaxud, Əliağa Vahid haqqında çəkilən filmdə onu siqaretsiz necə göstərəcəksiz?”

Milli Məclisin sədri Oqtay Əsədov deputatın bu fikirlərinə sərt reaksiya verib: “Bura Hollivud deyil, qanun layihəsi haqqında danışmaq lazımdır”.

Rəfael Hüseynovun bu fikirlərinə etiraz edən vitse-spiker Ziyafət Əsgərov bildirib ki, artıq bir neçə ildir, Hollivudda çəkilən filmlərdə də siqaretli səhnələr qadağan olunub.

Loading...

www.yenicag.az

9838
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100