Deputatdan TƏKLİF: “Xaricdə yaşayan azərbaycanlılar üçün telekanal yaradaq”

Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı xaricdə yaşayan soydaşlarımız üçün televiziya kanalı yaradılmasını təklif edib.

Yenicag.az xəbər verir ki, millət vəkili deyib ki, xaricdə yaşayan soydaşlarımızın sayı Azərbaycandakılardan 3-4 dəfə çoxdur.

“Təklif edirəm ki, Azərbaycanda televiziya kanallarından biri səhərdən axşama qədər Azərbaycan tarixi, dili və ədəbiyyatı ilə bağlı proqramlar hazırlasın. Belə kanala ehtiyac var. Belə telekanal yaradılarsa, bu, peyk vasitəsi ilə bütün dünyaya yayımlanmalıdır”, – deyə o əlavə edib.

Deputat bildirib ki, həmin telekanal vasitəsilə xaricdə yaşayan azərbaycanlıların diqqətini cəlb etmək olar.