!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatdan vətəndaşlarımıza qarşı ağır təhqir

!Reklam – Yazi
photo_17535Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. Millət vəkilinin AzadlıqRadiosuna verdiyi bilgiyə görə, tərəflər razılığa gəliblər.
“Problem həll olunub. Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb. Mən gəldim yerində araşdırdım məsələni. “Azərişıq”-ın müavinləri, Cəbrayılın icra başçısı da burda idi. Danışıb konsensusa gəldik. Məcburi köçkünlərə güzəştlər olacaq. Borc silinəcək. Təzə məsələlər qaldırmışıq. Camaatın kerosinlə təmin edilməsini istədik. Bu, evlərın qızdırılmasından ötrü lazımdır. Bu qış çox sərt qışdır. Əhaliyə kömək etmək lazımdır. Bu rayonun ətraf kəndləri də hələ qazlaşdırılmayıb, ona görə birdən-birə, birbaşa… Qazlaşdırma o kəndlərdən başlanmalıdır. Azərbaycanda məcburi köçkünlərin yaşadığı hər yer qazlaşdırılıb, bir bura qalıb. Burda əhalinin də günahı var. Ayda adambaşına limit qoyulub. Bunlar da limiti keçirlər. Limiti də keçəndə aydındır ki, dövlətin pulu ödənməlidir. Burda hakimiyyətin günahı yoxdur. Günah əhalidədir.
Bu gün konsensusa gəldik.  “Azərişıq”ın müavinləri gəlmişdi. Orda uzun söhbətlər getdi, qərara gəlindi ki, insanlar işıqsız qalmamalıdır. Burda 11 qəsəbə var, 22 min də əhali. Onların istilik mənbəyi işıqdır.”
-Bir də dediniz ki, bir qrup nəşəli, içkili adam etirazlara qalxıb…
– Mən nəşəli deməzdim, onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var. Amma bütünlükdə cəbrayıllılar, burda 11 qəsəbədə yaşayan 22 min cəbrayıllı dövlətə, dövlətçiliyə sadiq insanlardır, prezidentə sadiq insanlardır. Prezidentin sosial dayağı əsas bu insanlardır.
-Bəs etirazlar zamanı saxlanılanlarla maraqlandınızmı? Onların aqibəti necə olacaq?
-O saxlanılanlar ən “yarıy” (ruscadan tərcümədə “azğın”, “qudurğan” deməkdir – red.) adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm. Bunlar həddən artıq aktivdirlər bu işlərdə, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar. Bu adamlar saxlanılıblar. Onlarla bağlı qaldırılan iş davam edəcək. Dövlətə qarşı şüarlarla çıxış edənlər öz cəzalarını alacaqlar. Dövlətə, dövlətçiliyə qarşı çıxış etmək olmaz. Azərbaycan cəmiyyətinin qüvvəsi bilirsiniz nədədir? Dövlətə xidmət etməkdə.
-Etirazçılar arasında yaralanan olubmu? Rəsmi məlumatda ancaq polislərin yaralandığı bildirilir.
-Olub. Amma əksər zərərçəkən, yaralananlar polislərdir. Mən bura gəldim nələr gördüm. Azğınlaşmış kütlə bir polis postunu keçib, iki polis postunu keçib… Onların içində hər cür adam olub.
Qeyd edək ki, dekabrın 22-də axşam saatlarında Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyaları keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub.
Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı polisə müqavimət göstərildiyi, buna görə cinayət işi açıldığı bildirilir. Rəsmi məlumatda 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyi, 1 xidməti avtomobilin şüşələrinin sındırıldığı bildirilir.
Aksiyada fəallıq edən şəxslər saxlanıblar, onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi-ndə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv