!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatın açıqlaması aləmi qatdı: "380 min pul mənə bəs eləmir"

!Reklam – Yazi

“Partiyaya üzvlük haqqı ödəyirəm, mənə pul üçün müraciət edən seçicilərimə yardım göstərirəm”.

 

Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının Kommunist Partiyasından seçilmiş deputatı Vera Qanzya deyib(BBC).

Qanzya “Danışır Moskva” radiosuna müsahibəsində ayda 380 min rubl (təqribən 5 min 800 dollar) maaş aldığını, ancaq bu qədər pulun ona bəs eləmədiyini bildirib.

Deputatın sözlərinə görə, o, maaşının üçdə birini partiyaya üzvlük haqqı ödəyir, qalan pulları isə maddi yardım üçün ona üz tutan seçicilərinə sərf edir:
“Bax, bir həftə regionlarda oldum. Uşaq evinə baş çəkdim. Sizcə, ora əliboş getdim? Əlbəttə, yox. Seçicilər məndən tozsoran istəyirlər, bu və ya başqa xahişlər edirlər. Mən də onların istədiklərini alıram. Üztəgəl maaşın üçdə birini də partiyaya üzvlük haqqı ödəyirəm”.

Qanzya deyib ki, bu maaş əlavə gəlir yeri olan deputatları qane edə bilər: “Onlar heç bu maaşa əhəmiyyət vermirlər”.

Lakin bir qədər sonra həmin radioya açıqlama verən Qanzya maaşla bağlı sözlərinin “təhrif olunduğunu” iddia edib.

www.yenicag.az

2822
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv