Deputatın işdən çıxarılan oğluna DİN-də vəzifə verildi

dinNazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinə yeni təhqiqatçı təyin olunub

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub. Fərid Mirələmov DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqatçı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Mirələmov deputat Hüseynbala Mirələmovun oğludur.

Xatırladaq ki, 2012-ci ildə H.Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov “Min bir gecə” istirahət mərkəzində adam güllələyib. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov da hadisə yerində olub. Hadisədən sonra R.Mirələmov tutulub, F.Mirələmov isə işdən azad edilmişdi(report).